İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran lideri 13 ildən sonra İLK DƏFƏ bunu etdi

İran prezidenti İbrahim Rəisi iki günlük rəsmi səfər çərçivəsində dünən böyük bir heyətlə Suriyanın paytaxtı Dəməşqə gedib. Rəisini Suriya lideri Bəşər Əsəd rəsmi mərasimlə qarşılayıb. Bu, Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri İran prezidentinin bu ölkəyə ilk səfəridir. Dəməşqə sonuncu səfər 2010-cu ildə o vaxtkı prezident Mahmud Əhmədinejad tərəfindən olub.

Musavat.com xəbər verir ki, İran liderinin səfəri ilə əlaqədar Dəməşqdə sıx təhlükəsizlik tədbirləri görülüb. Rəsmi qarşılanma mərasimindən sonra liderlər nümayəndə heyətləri ilə görüşüblər. Görüş zamanı Bəşər Əsəd Suriya ilə İran arasındakı “möhkəm və sabit” münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Məlumata görə, İran və Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi və Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması məsələlərinin müzakirə olunmağa başladığı bir vaxtda baş tutan səfərin gündəmində, əsasən, iqtisadi məsələlər yer alıb. Səfər zamanı Rəisini İranın xarici işlər naziri, şəhərsalma naziri, neft naziri, maliyyə naziri, telekommunikasiya naziri və İran Mərkəzi Bankının sədri müşayiət edib.

6452ed004e3fe02c90d9f193.jpg (73 KB)

Suriyada hökumətə yaxın olan “Vatan” qəzeti səfər çərçivəsində enerji sahəsi də daxil olmaqla bir sıra müqavilələrin imzalanacağını yazıb.

Tehran administrasiyası Suriyadakı vətəndaş müharibəsi boyunca Dəməşq rejiminə iqtisadi, siyasi və hərbi dəstək verib, həmçinin rejimin itirdiyi bəzi torpaqların yenidən nəzarətə alınmasında mühüm rol oynayıb.

Ekspertlər bu qənaətdədirlər ki, İran Yaxın Şərqdə yaxınlaşma mühitində ticarət razılaşmaları vasitəsilə Suriyadakı rejimə verdiyi uzunmüddətli dəstəyin qarşılığını almaq istəyir.

Qeyd edək ki, İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi ötən gün verdiyi açıqlamada Suriya ilə yüksək səviyyəli iqtisadi əməkdaşlıq etmək istədiklərini və “Suriyanın yenidən qurulması prosesində əməkdaşlıq edə bilərik” demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR