İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İnam Kərimovla bağlı qərar verildi

Milli Məclisin iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Birinci vitse-spiker Əli Hüseynli İ.Kərimovun Bakı Dövlət Universiteti və dünyanın bir sıra nüfuzlu universitetlərində hüquq təhsili aldığını, ASAN Xidmətin ilk rəhbəri olduğunu, digər mühüm vəzifələrdə çalışdığını bildirdi. Deputatlar qərar layihəsini alqışlarla qarşıladılar.

Ə.Hüseynli deputatlar adından İ.Kərimovu təbrik edərək, ona uğurlar arzuladı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR