İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Hizbullah Mossad qərargahına HÜCUM ETDİ

Hizbullah Təl-Əvivdəki Mossad qərargahına raketlərlə hücum etdiyini bildirib.

Musavat.com-un xəbərinə görə, bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.

Bundan əlavə, radikallar şəhərin kənarında yerləşən İsrail hərbi kəşfiyyat bölmələrinin bazasına da raketlər atıblar.

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərə” başladığını elan edib. İsrail ordusunun məlumatına görə, reydlərdə əvvəllər Qəzza zolağında fəaliyyət göstərən 98-ci diviziya iştirak edir. Quru qoşunlarına hava qüvvələri və artilleriya dəstəyi verilir. Eyni zamanda “Al Mayadeen” telekanalı qeyd edib ki, İsrail ordusu hissələrinin Livan ərazisinə daxil olması ilə bağlı hələ məlumat yoxdur.

NATO isə bildirib ki, alyans Livandakı münaqişədə iştirak etmir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR