Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərişi ilə Ramazan bayramı ilə əlaqədar ölkədə 9 günlük tətil zamanı körpülər və avtomobil yolları pulsuz olacaq.
Musavat.com xəbər verir ki, bu məlumatı Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Onun sözlərinı görə, 9 gün ərzində əhalinin ictimai nəqliyyatın bütün növlərindən rahat istifadəsini təmin etmək üçün dövlət başçısı tərəfindən xüsusi göstərişlər verilib və bu göstərişlərə uyğun olaraq bütün lazımi addımlar atılıb.
Musavat.com
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ