İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Generallara tapşırıq verildi, bomba sığınacaqları hazırlanır

“Çin müharibəyə hazır olmalıdır”.

Musavat.com xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin parlamentdə çıxışı zamanı bildirib. O, generallara hər an hazır olmağı tapşırıb.

ABŞ artıq Çini qlobal liderlik uğrunda mübarizədə əsas rəqib adlandırıb. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bəyan edib ki, Çinlə müharibə istisna deyil.

gevorq.PNG (508 KB)

Rusiyanın Maliyyə Universitetinin dosenti Qevorq Mirzayan hesab edir ki, ABŞ üçün müharibənin qarşısını almağın ən optimal yolu ordu xərclərini artırmaq, silah istehsalı üçün əlavə imkanlar yaratmaqdır:

“Bundan əlavə, Şərqi Asiyada anti-Çin ittifaqının güclənməsi müharibəyə hazırlıq sayıla bilər. Çinlilər də müharibənin qaçılmazlığını başa düşürlər - təsadüfi deyil ki, onlar hərbi büdcəni artırırlar, yeni bomba sığınacaqları hazırlayırlar, əhalinin sürətləndirilmiş səfərbərliyi üçün strukturlar yaradırlar. Məsələ burasındadır ki, son illər Çin rəhbərliyi ABŞ-la münasibətlərdə çox maraqlı taktika tətbiq edib. Bu taktika Amerikanın təzyiqindən daim geri çəkilməkdən ibarət olub. Latın Amerikasında, Afrikada, sanksiya müharibələrində, ABŞ Çinə təzyiq göstərməyə çalışdığı hər yerdə Pekin daim geri çəkilir, gərginlikdən imtina edir. Rus ekspertlər belə davranışı müdriklik adlandırır. Digərləri bunu uzunmüddətli planlaşdırma kimi görürlər. Çin isə bu yolla ABŞ bazarına çıxışda daha çox pul qazanmaq istəyir”.

Ekspertin fikrincə, Rusiyanın müharibədə qələbəsi Çin üçün son dərəcə vacibdir:

“Bu qələbə Çinin Amerikanın təzyiqinə müqavimət göstərə biləcəyini və çoxqütblü dünyanın mərkəzlərindən biri kimi öz ambisiyalarını həyata keçirə biləcəyini müəyyənləşdirir. Rusiyanın məğlubiyyəti Çinin ən azı zəifləməsinə, ən çox isə parçalanmasına gətirib çıxaracaq, çünki o, Amerika təzyiqinin növbəti qurbanına çevriləcək, üstəlik, Rusiyanın hərbi-siyasi dəstəyini itirəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR