İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Finlandiyadan Türkiyə ilə bağlı "U dönüşü" - 4 il sonra İLK DƏFƏ

NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən Finlandiya “U” dönüşü edib.

Musavat.com xəbər verir ki, Finlandiya 2019-cu ildən bəri yürütdüyü siyasətdən əl çəkərək Türkiyəyə hərbi satışa icazə verib.

Finlandiya Müdafiə Nazirliyinin xüsusi müşaviri Riikka Pitkanen Fransanın AFP agentliyinə bildirib ki, ixrac lisenziyası zireh üçün istifadə olunacaq polad üçün verilib.

Məlumata görə, finlandiyalı polad istehsalçısı "Miilux" qərar çərçivəsində 2025-ci ilə qədər türk hərbi maşın istehsalçısına qoruyucu materiallar tədarük edəcək.

Dünya mətbuatı Finlandiyanın bu qərara görə "NATO-ya bir addım daha yaxın olduğunu" yazıb.

Beynəlxalq xəbər agentliyi AFP qeyd edib ki, embarqonun dayandırılması Ankaranın Helsinkinin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün əsas tələblərindən biridir.

İsveçin “Aftonbladet” qəzeti isə “İsveç kənarda qalsa nə olacaq?” sualına cavab axtarıb.

"İsveçin mümkün NATO üzvlüyü ətrafında güclü külək əsir. Hərbi alyansa girməyimizə icazə verilməsə, B planı varmı? Ən pisi Rusiyanın bizə hücum edəcəyini düşünsək, NATO-dan hər hansı müdafiə alarıqmı, yoxsa biz tamamilə təkik?"

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR