İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! "Beş Göz" HƏRƏKƏTƏ KEÇDİ - Ölkələr bir-bir bu ADDIMI atır

Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması "TikTok"un federal hökumət cihazlarında istifadəsini qadağan edən "Beş Göz" elektron kəşfiyyat alyansının növbəti üzvü olub. Qərar “Beş Göz” üzvləri olan ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiyanın qadağalarla bağlı oxşar addımlar atmasından sonra verilib.

Musavat.com xəbər verir ki, baş prokuror Mark Dreyfus öz açıqlamasında kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında bu qadağanın "mümkün qədər tez" qüvvəyə minəcəyini bildirib.

İlk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanan, sonradan Kanada, Avstraliya və Yeni Zelandiyanın qoşulması ilə genişlənən, UKUSA kimi tanınan “elektron kəşfiyyat” alyansı “Beş Göz” (Five Eyes) adlanır.

"TikTok" məlumatları yaymaq, təhlükəsizlik və məxfilik narahatlığına görə ciddi məhdudiyyətlərlə üzləşir. Avropa İttifaqının (Aİ) icra orqanı olan Avropa Komissiyası təhlükəsizlik səbəbindən fevralın 23-də işçilərinə TikTok qadağası qoyub. Aİ Komissiyası və Şurasından sonra Aİ qurumlarından biri olan Avropa Parlamenti də Çin sosial media platformasını təhlükəsizlik probleminə görə qadağan edib.

Norveçdə ədliyyə naziri Emilie Enger Mehl hökumət tərəfindən onun üçün ayrılmış telefona TikTok proqramını quraşdırdığını bildirmədiyi üçün üzr istəməli olub. Danimarka Müdafiə Nazirliyi isə kibertəhlükəsizlik tədbirləri çərçivəsində əməkdaşlarına Çin sosial media platformasının tətbiqini rəsmi xidmətlər üçün istifadə edilən cihazlara yükləməyi qadağan edib.

Hindistan da 2020-ci ildə TikTok və mesajlaşma proqramı WeChat daxil olmaqla bir çox Çin tətbiqinin istifadəsini məxfilik və təhlükəsizlik baxımından yasaqlayıb.

ABŞ-da Ağ Ev, Müdafiə Departamenti, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti də daxil olmaqla bir çox dövlət qurumları 2022-ci ilin dekabrında Konqresdə səsverməni gözləmədən TikTok-a qadağa qoyub.

ABŞ Nümayəndələr Palatası da 28 dekabr 2022-ci ildə TikTok tətbiqinin üzvləri və əməkdaşları tərəfindən istifadə edilən rəsmi cihazlara yüklənməsini və istifadəsini qadağan edib. Konqres və ABŞ silahlı qüvvələri ilə yanaşı, ABŞ ştatlarının yarıdan çoxu bu proqramı rəsmi cihazlarda da qadağan edib.

Kanada, Böyük Britaniya və Yeni Zelandiya da qadağalarla bağlı oxşar addımlar atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR