İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Avropa İttifaqının Liderlər Sammiti başladı - Makrondan İLK AÇIQLAMA

Bu gün Avropa İttifaqının dövlət və hökumət başçıları Belçikanın paytaxtı Brüsseldə iki günlük sammit üçün bir araya gəlib.

Musavat.com xəbər verir ki, sammit çərçivəsində liderlər enerji, müdafiə və təhlükəsizlik, Aİ-nin xarici əlaqələri, xüsusilə cənub qonşuları ilə münasibətləri, o cümlədən Ukrayna-Rusiya müharibəsi məsələsini müzakirə edəcəklər.

Ukrayna məsələsində liderlər Avropa İttifaqının Kiyevə davam edən siyasi, hərbi, humanitar və mülki müdafiə yardımı, eləcə də Ukraynanın dağıdılmış əsas infrastrukturunun bərpasından danışacaqlar.

Sammitin digər mövzusu enerji olacaq.

Zirvə toplantısında Avropadakı enerji böhranını da müzakirə ediləcək. Aİ Komissiyası tərəfindən təklif edilmiş və enerji böhranına qarşı tədbirlər planı olan enerji tələbinin azaldılması, birgə qaz alqı-satqısı, təhlükəsiz enerji təchizatı və aşağı enerji qiyməti liderlərin masasında olacaq.

639b02ca0f25440778136d30.jpg (55 KB)

Mart ayında Fransada keçirilən Versal Sammitində qəbul edilən qərarlara uyğun olaraq, Brüsseldə keçiriləcək sammitin gündəliyində Aİ-nin özünümüdafiə siyasətinin inkişafı məsələsi də yer alacaq.

Liderlərin “strateji kompas” oxunda Aİ-nin öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıması, müdafiə qabiliyyətini təkmilləşdirməsi və müstəqil imkanlarını inkişaf etdirməsi üçün orta və uzunmüddətli hədəflər qoyması gözlənir.

Sammit çərçivəsində ABŞ-ın son qanunvericilik dəyişiklikləri ilə öz şirkətlərinə verdiyi maliyyə dəstəyi və bu səbəbdən Aİ-nin qlobal rəqabətdə geridə qalma riski görüşdə müzakirə ediləcək məsələlər sırasındadır. Aİ liderləri ABŞ-ın bu siyasətinə qarşı öz strategiyalarını müəyyən etməyin yollarını axtaracaqlar.

Digər tərəfdən, Aİ liderləri Aralıq dənizi ətrafındakı cənub qonşuları ilə münasibətlərini də müzakirə edəcəklər. Xüsusilə enerji böhranının həlli üçün cənub qonşuları ilə münasibətlərini yenidən müəyyənləşdirəcək Aİ-nin Yaxın Şərq problemlərinə qarşı hansı strategiyanı izləyəcəyi də müzakirə olunacaq.

Aİ liderlərinin sammiti üçün Brüsselə gələn Fransa prezidenti Emmanuel Makron jurnalistlərin suallarını cavablandırıb.

"Öncə müharibə səbəbindən Ukraynaya verdiyimiz dəstəyi müzakirə edəcəyik. Bildiyiniz kimi, Fransa Ukrayna xalqına dəstək məqsədilə həmrəylik konfransı keçirdi. Ukrayna xalqını mülki müdafiə, generatorlar, lampalar kimi ehtiyaclarla təmin etməklə qışı uğurla keçirmələri üçün 1 milyard avrodan çox həmrəylik fondu yaratdıq. Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə etməyə davam edirik. Ukraynaya isə 18 milyard avroluq makroiqtisadi maliyyə dəstəyi nəzərdə tuturuq”, - Makron deyib.

Bərpa olunan enerji lisenziyaları və qaz qiymətlərinin məhdudlaşdırılması məsələlərinin müzakirə ediləcəyini təsdiqləyən Fransa lideri bildirib ki, Aİ ölkələri 2023-cü il üçün enerji ilə bağlı dəqiq qərarlar verməlidir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR