İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Almaniya ŞƏRT QOYDU - Ukraynaya tanklar bu halda göndəriləcək

Ukrayna Qərbdən gələn silahların köməyi ilə Rusiyaya qarşı müqavimətini davam etdirir. Kiyevin təcili gözlədiyi alman istehsalı olan tanklarla bağlı yeni açıqlama gəlib.

Musavat.com xəbər verir ki, alman mətbuatı Berlinin tanklar göndərmək şərtini açıqlayıb. Məlumata görə, Almaniya ABŞ-ın da eyni şeyi edəcəyi təqdirdə Ukraynaya tank ixrac etmək qərarına gəlib.

Sözügedən xəbər adı açıqlanmayan alman məmurun sözlərinə əsaslanıb.

Almaniya rəsmisi bildirib ki, ABŞ öz tanklarını göndərməyə razılaşarsa, Berlin də Ukraynaya Rusiyaya qarşı müdafiə üçün alman istehsalı tankların göndərilməsinə icazə verəcək.

Bir çox şərhçi Berlinin bu addımı vaxta qənaət etmək üçün atdığını bildirir.

Qeyd edək ki, Almaniyada əsas müxalifət olan CDU/CSU, həmçinin hökumət tərəfdaşları FDP, Yaşıllar və ictimaiyyətin böyük bir hissəsi vaxt itirmədən Ukraynaya "Leopard 2" tipli alman tanklarını göndərmək üçün kansler Olaf Şolza təzyiqi artırır.

Almaniya kansleri təzyiqlərə boyun əyib bu silahları Kiyevə göndərmək qərarına gəlsə belə, bu silahların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün görünmür.

“Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR