İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Aİ və Böyük Britaniya YENİ BAŞLANĞICA imza atdı

Brexitdən sonra Böyük Britaniya-Avropa İttifaqı münasibətlərini zəhərləyən Şimali İrlandiya ilə bağlı ticarət qaydaları mövzusunda tərəflər arasında uzlaşma əldə edilib.

Musavat.com xəbər verir ki, aylarla davam edən danışıqlardan sonra Böyük Britaniyanın baş naziri Rişi Sunak və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Şimali İrlandiya Protokoluna bəzi düzəlişləri özündə əks etdirən "Windsor" sənədini imzalayıblar.

Sunak Von der Leyenlə birgə mətbuat konfransında həlledici bir irəliləyiş əldə etdiklərini qeyd edib:

63fd29537af5071dd8e1b926 (1).jpg (74 KB)

"Bu, əlaqələrimizdə yeni bir dövrün başlanğıcıdır".

Qeyd edək ki, Şimali İrlandiya Protokolu Avropa İttifaqının vahid mal bazarının bir hissəsi olan bölgəyə Böyük Britaniyadan gələn mallar üçün yaratdığı ticari əngəllər səbəbindən daxili siyasi problemlərə səbəb olurdu.

Böyük Britaniyanın baş naziri Rişi Sunak hesab edir ki, yeni saziş bürokratiyanı və nəzarəti azaldacaq və Şimali İrlandiya parlamentinə daha çox söz verəcək. Yeni sazişin Böyük Britaniya-Aİ münasibətlərinə müsbət təkan verəcəyi gözlənilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR