Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Bu cümlə Donald Trampın Şimali Karolinada keçirilən təşviqat mitinqində Ukrayna və Zelenski haqqında dediyi sözlərin özətidir.
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bu mitinqdə Ukrayna haqqında çox sərt danışıb. O, kütləyə Ukraynadakı müharibə ilə bağlı “tez müzakirə” aparmaq istədiyini söyləyib. Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da olduğu halda ona (Trampa) qarşı çirkab kampaniyası aparır.
Çıxışında Tramp ənənəvi olaraq demokratları Rusiyanın Ukraynaya qarşı müharibəyə getməsinə icazə verməkdə ittiham edib, onun dövründə Putinin guya heç vaxt hücum etmək qərarına gəlməyəcəyini iddia edib. O, Zelenskini ittiham edib. Deyib ki, onun günahı ucbatından “Ukrayna artıq mövcud deyil”. Tramp Ukraynanın demək olar ki, hamısının dağıdıldığını, “milyonlarla və milyonlarla” insanın öldüyünü iddia edib. Trampın çıxışından da belə nəticə çıxır ki, onun fikrincə, Ukrayna ilə bağlı istənilən, hətta pis sövdələşmə, heç sövdələşmədən yaxşıdır.
Trampın çıxışından əsas seçdirmələr bunlardır:
▪️Ukraynadakı müharibəni mən həll edəcəm. Nə problem, nə dəhşət - mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Hətta nizamlanmaya ehtiyac da olmazdı. Bu baş verməzdi.
▪️Bu barədə Putinlə çox danışmışam. Onunla çox yaxşı anlaşdıq. Bilirsiniz, Avropaya, Almaniyaya gedən “Şimal axını” boru kəmərini dayandıran mən olmuşam. O, [Putin] dedi ki, çox iş görülüb, sonra da deyirlər ki, mən Rusiyaya qarşı necə yaxşıyam... Yox, mehriban deyildim. Amma anlaşdıq. Bizim yaxşı münasibətimiz var idi və bu, pis deyil, yaxşıdır.
▪️Mən deyərdim: “Prezident Putin, sən bunu etməzsən” və o, heç vaxt bunu etməz. Düşünürdüm ki, [işğaldan əvvəl] danışıqlar gedir, lakin çoxlu pis və axmaq bəyanatlara görə o, [Ukraynaya] getdi. O, mələk deyil, amma Bayden və Harris onu axmaqlıqla təhrik etdilər.
▪️Ukraynada baş verənlər çox ciddi məsələdir... Biz bunu həll edərdik və Rusiya ilə sövdələşmə uzun illər əvvəl - üç il əvvəl, bütün bunlar baş verməmişdən əvvəl bağlanacaqdı... Və bir nəfər də olsun ölməyəcəkdi. Əgər o zaman ağıllı, səriştəli prezidentimiz olsaydı, asanlıqla sövdələşmə əldə edə bilərdik.
▪️Bayden və Kamala Zelenskini pul və sursatla qidalandıraraq buna imkan yaratdılar. O, hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla ayrılıb. O, yəqin ki, dünyanın ən yaxşı taciridir.
▪️Üç illik dəhşətli döyüşlərdən sonra indi sizə nə qalıb? Ölkə tamamilə məhv edilib. Milyonlarla və milyonlarla insan, o cümlədən çoxsaylı əsgərlər öldü. Qızıl qüllələri olan möhtəşəm binalar sökülüb. Bir daha belə bir şəhər və ya qəsəbə görməyəcəksiniz. Heç vaxt! Onlar heç vaxt yenidən yaradılmayacaq, Kiyevdən başqa hamısı məhv edilib. Siz heç vaxt şəhərləri və qəsəbələri əvvəlki vəziyyətinə qaytara bilməyəcəksiniz. Onların minlərlə yaşı var idi. Sadəcə düşün! Üç il əvvəl sizin gözəl sivilizasiyanız var idi. İndi ölkənin çox hissəsi getdi, miras qalmadı... O qədər insan öldü, çox adam Polşaya, Macarıstana, başqa yerlərə getdi, heç vaxt geri qayıtmayacaqlar...
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ