Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobili partlayıb. Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb. “Baza” Teleqram kanalı yazıb ki, avtomobil partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.
“Vladimir Zelenski anlayır ki, Krım Rusiyanın tərkibində qalacaq”. ABŞ Prezidenti Donald Tramp belə deyib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəqəmsal innovasiyalar üzrə hazırkı direktor müavini Culian Qallina Qlossun oğlu, 21 yaşlı Maykl Qloss Ukraynada müharibədə həlak olub.
Bu barədə “Vajnıe İstorii” nəşri yazıb. Bildirilib ki, Qloss Rusiya tərəfində döyüşüb.
Qeyd olunub ki, Maykl 2023-cü ildə Rusiyaya səfərindən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bundan əvvəl o, “ABŞ-ın ən yaşıl kollecində” təhsil alıb, müharibə əleyhinə etiraz aksiyalarında iştirak edib, qadınların hüquqlarını və iqlimin qorunmasını müdafiə edib.
2023-cü ildə Qlos təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb, “Rainbow Family” anarxist təşkilatına qoşulub, Türkiyədə zəlzələdən sonra dağılmış ərazilərin bərpasında iştirak edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi analitik Heydər Oğuzla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ