Onlayn ictimai-siyasi qəzet
Estoniya Müdafiə Qüvvələri dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə güc tətbiq etmək, o cümlədən təhlükə yaradan mülki ticarət gəmilərini batırmaq hüququ əldə edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın dövlət yayım qurumu ERR məlumat yayıb.
Məlumatda bildirilir ki, Estoniya parlamentinin (Riyqikoqu) Dövlət Müdafiəsi Komissiyası yeni qanun layihəsi təqdim edib.
Layihəyə əsasən, beynəlxalq dəniz hüququ çərçivəsində Müdafiə Qüvvələri ölkənin dəniz zonasında infrastrukturun, müdafiə obyektlərinin, limanların, avadanlıqların və həyati əhəmiyyət daşıyan xidmətlər göstərən gəmilərin mühafizəsi məqsədilə güc tətbiq edə biləcək.
Komissiyanın sədri Kalev Stoyçeskunun sözlərinə görə, qanun layihəsi Estoniyaya təkcə 12 dəniz mili məsafəsindəki ərazi sularında deyil, həm də müstəsna iqtisadi zonada hərəkət etmək imkanı verəcək.
ERR qeyd edir ki, əgər digər vasitələrlə təhlükənin qarşısını almaq mümkün olmazsa və ya vaxtında reaksiya verilməzsə, Müdafiə Qüvvələri təhlükə yaradan mülki gəmiləri batırmaq hüququna da malik olacaq.
Portala görə, güc tətbiq edildikdə, onun nəticəsində dəyəcək zərər, qarşısı alınan təhlükənin mümkün zərərindən əhəmiyyətli dərəcədə az olmalıdır. Bununla yanaşı, gəminin kapitanı və onun bayrağını daşıyan dövlət bu barədə mümkün qədər tez məlumatlandırılmalıdır.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ