İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK Krım planı ÜZƏ ÇIXDI - Rusiyanın ən QORXULU yuxusu gerçək olur?

Rusiya Ukraynanın şərqdəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün demək olar ki, bütün gücünü səfərbər edib.

Müharibənin 2014-cü ildə Moskva tərəfindən ələ keçirilən Krıma yayılması Rusiyanın ən böyük qorxusu kimi şərh edilir.

Musavat.com xəbər verir ki, Krıma hücumu dəfələrlə “qırmızı xətt” kimi xarakterizə edən Rusiyanın bu bəyanatlarına baxmayaraq, Ukraynadan mühüm açıqlama gəlib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Kiyevin bu yaz planlaşdırdığı əks-hücumdan əvvəl öz planından danışıb.

Danilov planında Moskvanın Krımda təyin etdiyi administrasiyada işləyən bütün ukraynalıların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Ukrayna rəsmisi bildirib ki, bu insanların bəziləri cinayət məsuliyyətinə cəlb olunacaq, digərləri isə dövlət təqaüdlərini itirəcək və ictimai işlərdən kənarlaşdırılacaqlar.

Danilov qeyd edib ki, 2014-cü ildən sonra Krıma köçən bütün Rusiya vətəndaşları deportasiya edilməli və Rusiya hakimiyyəti altında aparılan bütün daşınmaz əmlak sövdələşmələrinə xitam verilməlidir.

Planın bir hissəsi olaraq Danilov Rusiyanın Krıma inşa etdirdiyi 19 kilometrlik (12 mil) körpünün sökülməsinə də çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR