İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Rza Zərrab ona pul verərək Hadisə ilə evlənməsini istəyib - FOTO

Türkiyədə yayımlanan "Söylemezsem Olmaz" verilişinin şərhçisi Arto şok açıqlamaları ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Artonun "Rza Zərrab Mehmet Dinçerlərə pul verib, Hadisə ilə evlənməsini istəyib" deməsi gündəm yaradıb. 

Beyaz TV-də yayımlanan verilişinin şərhçisi Arto bu çıxışı ilə canlı yayıma damğa vurub. Hadisə ilə sevgili olduğu iddiası ilə gündəmə gələn Arto, Hadisənin boşandığı həyat yoldaşı Mehmet Dinçerlərlə bağlı maraqlı açıqlamalar verib.

Şoke eden iddia: "Reza Zarrab, Mehmet Dinçerler'e para verip..." - ehaber27

“Sənə başqa bir nəzəriyyəmi danışacağam” deyərək çıxışına başlayan Arto bunları deyib: "Məncə Rza Zərrab Mehmet Dinçerlərlə razılaşaraq, "Sənə borcunu ödəmək üçün pul verirəm, Hadisə ilə evlən, 3-5 aya boşanacaqsan" deyib. Məncə çox mətiqlidir. Mehmet Dinçerin çoxlu borcları var idi. Mənim ağlıma bu versiya gəlir. Hətta mən Rzanın Hadisə ilə görüşdüyünə də inanıram".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR