Onlayn ictimai-siyasi qəzet
İsrail Həmas Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı öldürəcəyi ilə hədələyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, baş nazir Benyamin Netanyahu İsrailin özünü müdafiə etməkdə “qərarlı” olduğunu söyləyib.
Öz növbəsində quru qoşunlarının komandanı general-leytenant Herzi Halevi isə “onu (müharibədə) tapacağını, ona hücum edəcəyini və HƏMAS-ı onun yerinə bir adam tapmağa məcbur edəcəyini” vəd edib.
Siyasi təhlilçilərə görə, Yahya Sinvar Qəzzada atəşkəsə daha çox razıdır və Qətərdə yaşayan Haniyə ilə müqayisədə Tehrana daha yaxındır.
“Haniyənin ölümündən sonra atəşkəs mümkün görünmürdüsə, Sinvar dövründə bu ehtimal daha da azalıb”,-deyə SITE Kəşfiyyat Qrupunun icraçı direktoru Rita Katz söyləyib. Analitik fikrincə, Həmas “sadəcə sərt döyüş strategiyasını daha da gücləndirəcək”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ