İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR: "Serbiya neft şirkətinin səhmlərinin alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Serbiyanın NIS neft şirkətinin səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən sorğuya cavab olaraq bildirilib.

"Son günlər Serbiya mətbuatında SOCAR-ın Serbiyada fəaliyyət göstərən NIS neft şirkətinin səhmlərinin nəzarət paketini almaqda maraqlı olduğu barədə məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir.

Qeyd edək ki, NIS-in əsas sahibi, Rusiyanın dövlətə məxsus “Qazpromneft” şirkətidir. "Qazpromneft" Serbiyanın neft şirkətində 51 % paya sahibdir, digər pay hissəsi isə Serbiya hökumətinə məxsusdur.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Moskva yanacaq və qaz ticarəti ilə bağlı Qərb ölkələri də daxil olmaqla, iqtisadi sanksiyalara məruz qalıb. “Demostat” nəşri yazır ki, bu, NIS-in Pançevo neft emalı zavodunu Avropa İttifaqı ərazisi vasitəsilə xam neftlə necə təmin edə biləcəyi qorxusunu artırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR