Onlayn ictimai-siyasi qəzet
Bu ilin sonuna qədər müharibə nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş ziyan iki dəfə artaraq 700 milyard ABŞ dollarına çatacaq.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə keçirilən iqtisadi forumda bildirib.
“Dünya Bankının təsdiq etdiyi hesablamalarımıza görə, iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəymiş zərərin məbləği 350 milyard dollar təşkil edir. İlin sonuna qədər bu məbləğ, aydındır ki, iki dəfə artacaq. Biz bunu başa düşürük, çünki dağıntılar davam edir”, - o deyib.
Eyni zamanda, baş nazir müharibənin ölkə iqtisadiyyatının bütün sahələrinə çətinlik yaratdığını vurğulayıb.
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ