İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞKTC tanınma yolunda növbəti MÜHÜM ADDIMI atdı

Noyabr ayında Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilən Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) bu dəfə Türk dövlətləri ilə yanaşı, Pakistan, İran və Əfqanıstanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında tanınma çağırışı edib.

Musavat.com xəbər verir ki, ŞKTC xarici işlər naziri Ərtoğruloğlu 10 üzvlü təşkilatın Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 26-cı Xarici İşlər Nazirləri Sammitində çıxış edib.

“Kiprli yunanlar və beynəlxalq ictimaiyyət Kiprin danılmaz reallığını qəbul etməlidir: bu reallıq iki ayrı suveren dövlətin, iki ayrı demokratiyanın, iki ayrı xalqın olmasıdır. Qəbul etsələr də, etməsələr də, biz ŞKTC-nin rəsmi şəkildə tanınmasını və ona məxsus hüquqlarının təsdiqini tələb edirik. Başladığımız bu yoldan geri dönüş yoxdur” - nazir deyib.

Ərtoğruloğlu Kipr türk xalqına qarşı tətbiq edilən təcrid və embarqoları dəfələrlə dilə gətirdiyini vurğulayıb: “Ümid edirəm ki, İƏT-ə üzv dövlətlər, bizə qarşı tətbiq edilən qeyri-insani məhdudiyyətlərin və embarqoların aradan qaldırılması üçün bütün sahələrdə tez bir zamanda konkret addımlar atacaqlar".

ŞKTC xarici işlər naziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Pakistanın XİN başçısı Bilavel Bhutto Zərdari ilə görüşüb, uğurlu sammitə görə Özbəkistan hökumətinə və İƏT-in baş katibi Xüsrav Noziriyə təşəkkür edib.

1983-cü ildə - yarandığı gündən bəri ŞKTC -ni rəsmi olaraq yalnız Türkiyə tanıyıb. Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda BMT-nin iclasında ŞKTC -nin tanınması çağırışından sonra Türk Dövlətləri Təşkilatı ilk addımı atıb və noyabr ayında Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə toplantısında ŞKTC müşahidəçi üzv qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR