İnsanlara hürriyət, millətlərə istiqlal!

Skandal görüntülər ORTAYA ÇIXDI - "Bayden böhranı" səngimir

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin əvvəlki şəxsi ofisində və evində onun vitse-prezident olduğu vaxta aid məxfi sənədlər tapılıb. Tapılan 10 gizli sənəddə 2013-2016-cı illərdə hazırlanmış Britaniya, İran və Ukrayna ilə bağlı kəşfiyyat mətnləri yer alıb.

Musavat.com xəbər verir ki, "Fox News" məxfi sənədlərin tapıldığı Delaverdəki malikanənin şəklini yayımlayıb.

ABŞ mətbuatı yazır ki, 2019-cu ildə çəkilmiş fotoşəkil iqamətgahın və məxfi sənədlərin Gizli Xidmət tərəfindən qorunmadığını ortaya qoyur.

27620de2814e7ccaea15a869cbc2c984.jpg (217 KB)

ABŞ mətbuatı bu evdə olarkən məxfi sənədlərin heç kim tərəfindən qorunmadığını yazıb. Sözügedən kadrlar “qalmaqalın fotosu” kimi təsvir edilib.

Fox News-un çəkdiyi kadrlarda malikanənin girişində gözətçi köşkü olduğu görünür, lakin evin baxımsız vəziyyətdə olması uzun müddətdir burada heç kimin yaşamadığından xəbər verir.

Bir vaxtlar Gizli Xidmət tərəfindən qorunan evdə məxfi sənədlərin tapılması və illərlə qorunmaması Baydenin günahı kimi qiymətləndirilir.

Qeyd edək ki, sənədlər tapıldıqdan sonra Baydenin şəxsi vəkilləri vəziyyətlə bağlı Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxlayıb, Ədliyyə Nazirliyi araşdırmaya başlayıb.

Musavat.com

image00006.jpg (93 KB)

maxresdefault (12).jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR