Onlayn ictimai-siyasi qəzet
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gələrək (3:0) finala yüksəlmələrini şərh edib.
Qol.az Argentina millisinin Tvitter hesabına istinadən xəbər verir ki, mütəxəssis çox sevincli olduqlarını deyib:
“Biz indi qələbəni, finala adlamağı qeyd edirik. Çünki bu, çox həyəcanlıdır. Amma qarşıda daha bir addım var. Bu andan həzz almaq olar. Amma sonra nə olacağını da düşünməliyik. Narahat olmamağa çalışıram. Mən hər hansı bir argentinalının xəyal etdiyi yerdəyəm.
Səudiyyə Ərəbistanına uduzduğumuz zaman xalq bizimlə idi. Bu, müqayisə olunmazdır. Biz hamımız ortaq bir məqsəd üçün çalışırıq, hamımız millinin pərəstişkarıyıq”.
Qeyd edək ki, Argentina finalda bu gün keçiriləcək Fransa - Mərakeş matçının qalibi ilə qarşılaşacaq.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ