İnsanlara hürriyət, millətlərə istiqlal!

Sizi uğursuz edən 6 vərdiş

Uğur qazanmazdan öncə bir çox maneələri aşmaq lazımdır. Bu maneələr əslində uğura gedən yolda təcrübə və ya səhvlərinizdən öyrənəcəyiniz dəyərli həyat dərslərdir. Ancaq bəzən insanlar yanlış vərdişlərin ucbatından yaşadığı uğursuzluqları təkar edir.

Musavat.com viral.az-a istinadla bizi uğurdan uzaq edən vərdişləri təqdim edir. 

1. Sağlamlığın qayğısına qalmamaq

Motivasiya videolarında və filmlərinə baxdıqda bizə elə gəlir ki, uğur qazanmaq üçün günlər yuxusuz qalmalı və istirahət etmədən davamlı çalışmalıyıq. Əslində bu yanlış bir yanaşmadır.

Əlbəttə uğura gedən yoldu bəzi fədakarlıqlara getmək gərəkdir,ancaq sağlamlıq qətiyyən bura aid deyildir. Bir çox insan sağlam həyat tərzini tərk edərək uğura nail olmağa çalışır, sonradan buna nail olsa da, uğurdan istənilən xoşbəxtliyi və həzzi duymur.

Yuxusuzluq və düzgün qidalanmamaq bacarıq və biliklərdən düzgün istifadə etməyə mane olur və səhv qərarlar qəbul etməyə səbəb olur. Sizcə bu yolla uğuru necə əldə etmək olar?

Düzgün qidalanma və yuxu həm ruhi, həm də fiziki sağlamlığınız üçün çox vacibdir. Həyatınızda vərdişlər və rutinlər ola bilər, lakin bunlar sizə mənfi təsir göstərməməlidir.  

Unutmaq olmaz ki, Sağlam bir həyat tərzi istənilən uğurun əsas şərtlərindən biridir.

2. Neqativ insanlara vaxt keçirmək

 Mənfi duyğu və düşüncələri həyat tərzinə çevirən bu cür insanlar özləriylə bərabər ətrafındakı insanlara da pis təsir etdikərinin fərqində deyillər. “Enerji vampiri” də deyəbiləcəyimiz bu insanlar həyata pozitiv bir gözlə baxmaq, hər çətinlikdə bir fürsət tapmaq kimi həyati vərdişlərə qazana bilməyənlərdir. Onlar həyatda yaşadıqları müəyyən uğursuzluqlardan sonra heç bir cəhd etməyərək dayanır və digər insanların da irəliləməsinə əngəl olmaqla məşğul olur,

Əgər uğura gedən yolda inamla addımlamaq və xəyalınızdakı arzuya nail olmaq istəyirsizsə, ətrafınızı pozitif düşüncə və enerjiyə sahib olan, yeri gələndə sizi motivasiya edən insanlarla əhatə etməlisiz.

3. Özünü başqaları ilə müqayisə etmək

Özübü başqaları ilə müqayisə etmək — ən böyük demotivasiya mənbəyimiz.

İnsanlar bəzən özlərini başqaları ilə müqayisə etdikdə önəmli olan bir şeyi unudurlar:

Bizlər dünyaya gəldikdə eyni şəraitə, fürsət və imkanlara sahib olmuruq.

Həyat bəzi insanların daha güclü olmasını istəyir və bunun üçün o insanlar öz imkan və şəraitlərini özləri axtarıb tapmalı, ya da yaratmalı olurlar.

Uğur həmişə sizin uğurunuzdur. Başqalarının uğurlarına aludə olmaq və özünüzü daim onlarla müqayisə etmək sizi hədəflərinizdən geri sala biləcək bir vərdişdir.  

Öz fikirlərinizə məhəl qoymamaq və təsdiq üçün daim başqaları ilə məsləhətləşmək də pis vərdişdir. Təbii ki, təcrübəli birisinin fikrini almaq, öz baxışınızı və perspektivinizi inkişaf etdirmək vacibdir. Ancaq bu vəziyyətdən yalnız öz fikirlərinizin təsdiqi üçün istifadə edirsinizsə, fikirlərinizlə maraqlanmamağınız və daimi təsdiqə ehtiyacınız olması, özünüzə arxayın olmadığınızı göstərir. Mütəxəssis rəylərinə önəm verin, ideyalar əldə edin, lakin öz ideyalarınıza və özünüzə güvənməyi heç vaxt unutmayın.

4Çox danışmaq

Bəzi insanlar uğura doğru bir addım belə atmadan arzuladığı uğurlardan, gələcək planlarından saatlarla danışır ki, danışır). Təcrübə isə göstərib ki, sözdə uğur dastanı yazanlar çox vaxt uğurun yanından belə keçə bilmirlər. Daha sonra isə öz uğursuzluqlarına bəraət qazandırmaq, günahları başqalarının üzərinə atmaqla məşğul olurlar.

Zaman və enerjinizi daha çox çalışmağa sərf etmək və bu cür sözdə uğur qazananlardan olmamaq ən doğru seçimimiz olacaqdır.

5. Plansız irəliləmək

Plansız irəliləyiş sizi addım-addım uğursuzluğa aparacaq. Davamlı olaraq təxirə salmaq və ya bəhanələr uydurmaq vaxtınızı itirəcək. Planla işləmək həm də vaxtınızı uğurlu idarə etməyə kömək edir.

Planla işləmək mütləq hər an, hər saat planlaşdırmaq demək deyil. Məsələn, gün ərzində etməli olduğunuz işləri əhəmiyyətinə görə sıralamağınız belə planlı şəkildə işləməyiniz üçün bir addımdır. Beləliklə, planladığınız işlərin zamanla daha səmərəli olduğunu anlayacaq və vaxtınızı boşa keçirməyərək idarə edə biləcəksiniz.

Ancaq onu da unutmayaq ki, insan bir robot deyil və hər zaman planlı çalışmaq monoton bir həyat tərzinə gətirib çıxarır. Yeri gələndə planında dəyişiklik etmək, və ya bəzən plansız ürəyinizdən gəldiyi kimi çalışmaq da gərəkdir.

6. Tez təslim olmaq

Hər kəs səhv qərarlar verə və uğursuzluqlar yaşaya bilər. Önəmli bunlardan almalı olduğunuz həyat dərsini öyrənmək və bir daha təkrar etməməkdir. Bu sayədə təslim olmaq yerinə, özünüzü necə təkmilləşdirə və daha asan təkmilləşdirə biləcəyinizin cavablarını tapa bilərsiniz.Çətinliklər və kiçik uğursuzluqlar qarşısında tez təslim olmamalısınız.

İlk addımlarda yıxılan bir uşaq sonradan necə ayağa qalxıb yenidən cəhd edirsə, siz də uğura doğru məhz bu cür yol almalısız.Hər bir müsbət və ya mənfi hadisədən nəticə çıxara bilər,yeni təcrübələr qazanaraq uğura gedən yolda daha güclü addımlar ata bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR