İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmanın keçmiş gözəllik kraliçasının fədakarlığı: Zəlzələ zamanı özünü uşağa qurban verdi

Myanmanın Mandalay şəhərini sarsıdan güclü zəlzələ zamanı ölənlər arasında "Miss Turizm Myanma" titulunun sahibi 28 yaşlı Sili Mi də var.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Need To Know" (NTK) portalı müsabiqənin təşkilatçılarının nümayəndəsinə istinadən xəbər verir.

Qadının "Sky Villa" yaşayış kompleksinin dağılan 12 mərtəbəli binasından bir uşağı xilas etməyə çalışarkən həlak olduğu vurğulanıb.

Faciənin şahidləri bildiriblər ki, Sili Mi heç düşünmədən təhlükədə olan uşağa kömək etmək üçün irəli atılıb. O, binaya daxil olmağa macal tapıb, lakin həmin anda bina uçaraq qadını dağıntılar altında qoyub. Sili Minin cəsədi xilasedicilər tərəfindən dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

2017-ci ildə inşa edilmiş "Sky Villa" yaşayış kompleksi Mandalayda ən müasir və prestijli binalardan biri hesab olunurdu. Onun damında şəhərin ən böyük barı yerləşirdi, kompleksin ərazisində isə idman zalı olub.

Sili Mi 2018-ci ildə "Miss Turizm Myanma" titulunun ilk sahibi olub və ölkəsini "Miss Turizm Dünyası" beynəlxalq müsabiqəsində təmsil edib.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, onun maqnitudası 7.9 gücündə olub. Son məlumatlara görə, Myanmada güclü zəlzələdə ölənlərin sayı 3 600-ə çatıb, 5 000-dən çox insan xəsarət alıb.

Təbii fəlakət Tailanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR