İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı model bir qədəh kokteylə 70 min ödədi- Video

Azərbaycanlı model Diana Əhədpur hərracda kokteylə 70 min manat (37 500 avro) ödəyib.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, D. Əhədpurun Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyl hərraca çıxarılıb.

Bahalı kokteyl 1930, 1937 və 1950-ci illərə aid olan içkilərdən hazırlanıb. Model kokteylə ən yüksək məbləği - 37 500 avro ödəyib.

Qeyd edək ki, Diana Əhədpur Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. O, iranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var./Qafqazinfo.az/

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR