Onlayn ictimai-siyasi qəzet
Müasir insanların bir çoxunda kalsium çatışmazlığı mövcuddur. Bunun səbəbləri arasıda düzgün olmayan qidalanma, fiziki hərəkətliliyinin az olması, ziyanlı vərdişlər və s. var.
Kalsiumun çatışmazlığı osteoporoza səbəb olur ki, nəticədə sümüklər daha zəif, kövrək olur, sınıqların ehtimalı artır.
Kalsiumun çatışmazlığı həmçinin ürək-damar, immun, sinir sisteminə də ciddi ziyan vurur.
Tanınmış rusiyalı diyetoloq Ekaterina Martovitskaya orqanizmdə kalsiumun səviyyəsini artırmaq üçün “Здоровье” jurnalında çox faydalı qarışığın reseptini təqdim edib.
Qarışığı hazırlamaq üçün 200 qr kəsmik 1 ç.q. küncüt və 1 x.q. kətan yağı ilə qarışdırılır. Qarışığa zövqə görə bal da əlavə etmək olar. Kəsmik, küncüt və kətan yağı ən zəngin kalsium mənbələridir.
Bu qarışığı hər gün yemək olar. Bir müddətdən sonra saç, dəri və dırnaqların vəziyyətində xeyli yaxşılaşma müşahidə edəcəksiniz. (saglamolun.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ