Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu gün parlamentin iclasında deputat Siyavuş Novruzovun "qazilərin "bir abbası"sını verin" sözləri cəmiyyətdə ajiotaj doğurub.
Deputat bildirib ki, qazilər hər yerdə bizdən müavinətlərin artırılmasını istəyir:
“Maliyyə naziri Samir Şərifov, siz burdasız, hamıya pul paylayırsız, nə olar ki, bu qazilərin də “bir abbası”sını verin”.
Siyavuş Novruzov TV Müsavata müsahibəsində cəmiyyətdə bu fikirlərinin yanlış anlaşılmasına münasibət bildirdi.
Musavat.com xəbər verir ki, TV Müsavatın aparıcısı Sevinc Telmanqızının suallarını cavablandıran deputat dedi ki, heç kim onun qaziləri Məşədi İbadın hambalı ilə müqayisə etdiyini deyə bilməz: "Çünki bu, problemi çatdırmağın bir yolu, priyomudur. Mən güləşçi olmuşam. Priyomun nə olduğunu bilirəm. Hər zaman da qazilərin problemlərini parlamentdə dilə gətirmişəm. Bundan artıq nə edim? Özümü yandırım?"
S.Novruzov bu bədii ifadə vasitəsinə görə qazilərin ondan inciyəcəyini, ona etiraz edəcəyini düşünmür: "Məndən çox onlar barəsində düşünən, onların qayğısımı ictimailəşdirən yoxdur. Mən də nazirə dedim ki, hamıya pul verirsiz, qazilərə də verin. Problemə diqqət çəkmək istəyirdim və diqqət çəkdim. Ümid edirəm, problem də tezliklə həll olunacaq".
Müsahibənin geniş videoversiyasını aşağıdakı link vasitəsilə izləyə bilərsiz.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ