Onlayn ictimai-siyasi qəzet
Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında çıxış edərək əvvəlcə Silahlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb.
Musavat.com-un xəbərinə görə, ardınca bir sıra ölkələrdə baş verən hadisələrə istinadən bildirib ki, bu gün təhlükəsizlik məsələsi çox önəmli məsələyə çevrilib.
Komitə sədrinin sözlərinə görə, ayrı-ayrı qüvvələr müxtəlif ölkələri zəiflətməkdən, onların başını özlərinin daxilində baş verənlərə qatmaqdan ötrü müxtəlif təhdidlərə əl atırlar. Odur ki, S.Novruzov parlamentdəki büdcə müzakirələrində müdafiə və təhlükəsizlik sahəsinə maliyyə vəsaitinin artırılmasını da doğru hesab edib.
Siyavuş Novruzov daha sonra parlament seçkilərinə və ayrı-ayrı müxalifət partiyalarının prosesin əleyhinə mövqe sərgiləməsinə toxunub.
“Müxalifət sevinməlidir ki, parlament seçkiləri vaxtından əvvəl keçirilir”, - deyən komitə rəhbəri qeyd edib ki, onlar bir vaxtlar yeni seçkilərin keçirilməsi tələbilə mitinqlər elan edirdilər. Amma bu gün seçki elan olunandan sonra bunun əleyhinə təbliğat aparmağa başlayıblar.
S.Novruzov bu prosesdə hamıya uğur arzulayıb.
E.Paşasoy,
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ