İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sivil Toplum” Monitorinq Koalisiyası prezident seçkiləri ilə bağlı HESABAT YAYDI

“Sivil Toplum” Monitorinq Koalisiyası 7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı aralıq hesabat yayıb.

Musavat.com xəbər verir ki, hesabata əsasən, növbədənkənar prezident seçkilərində “Sivil Toplum” Monitorinq Koalisiyası uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini həyata keçirir.

Bildirilib ki, hesabat dövründə namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrünü seçki komissiyalarının fəaliyyətinin, təşviqat kompaniyasının aparılmasını və s. ümumiyyətlə seçki proseslərini cəlb etdiyi könüllü müşahidəçinin məlumatları, seçki komissiyaları üzvləri, siyasi partiyalar, namizədlər, onların nümayəndələrindən daxil olan məlumatlar, habelə KİV-də və sosial şəbəkələrdə aparılan monitorinq üzrə dəyərləndirilib. 

"30 il ərzində əsas problemi Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların azad olunması olan vətəndaşlar könüllü olaraq bəzi hüquqlarından imtina etməyə belə hazır idilər, artıq yeni şərait həmin hüquqların reallaşmasını şərtləndirir, gözləntilərin səviyyəsini artırır. Demək olar hər şey dəyişib, insanlarda inam hissi artıb, yeni münasibətlər, yeni tələblər dövrü başlanıb. Vətəndaşlar artıq daxili problemlərin həllinin diqqət mərkəzinə gətirilməsini istəyirlər. Bəzi ekspertlər bu seçkiləri islahatların, yeni dövrün başlanğıcı hesab edirlər. Bu mənada seçkilərin əhəmiyyəti daha artıqdır" - hesabatda qeyd edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR