İnsanlara hürriyət, millətlərə istiqlal!

SİPRİ: “Nüvə silahından istifadə olunması real təhükəyə çevrilib”

Dünyada nüvə silahından istifadə riski "soyuq müharibə"nin bitməsindən bu yana özünün ən yüksək həddinə çatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) rəhbəri Den Smit məlumat yayıb.

Təşkilatın hesabatında ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan, həmçinin İsrail və Şimali Koreyanın öz arsenallarını modernləşdirməyə davam etdiyi vurğulanıb.

"Nüvə silahlarına nəzarət və tərksilah sahəsində bəzi mühüm irəliləyişlərə baxmayaraq, ondan istifadə olunması riski "soyuq müharibə"nin qızğın vaxtından bəri ən yüksək səviyyəyə çatıb ,- deyə Den Smit qeyd edib.

Ekspertlərin proqnozlarına görə, yaxın onillikdə dövlətlərin strateji nüvə başlıqlı raketlərin sayını artıracağı gözlənilir.

SIPRI-nin məlumatına əsasən, “nüvə klubu”na daxil olan bütün ölkələr fəal şəkildə bununla bağlı proqramlar hazırlayır və ya mövcud arsenallarını genişləndirir. Məsələn, Böyük Britaniya 2021-ci ildə nüvə başlıqlarının ehtiyatlarına qoyulan limiti aşacağını rəsmən bəyan edib., Fransa "nüvə silahları ilə təchiz edilmiş üçüncü nəsil sualtı qayığın inkişafı proqramına start verib. Hindistan, Pakistan və İsrail “nüvə silahı ehtiyatlarını artırır və yeni raket sistemlərini sınaqdan keçirir. KXDR yeni 45-55 döyüş başlıqlı raket istehsal etmək üçün potensiala malikdir. Nəhayət, son peyk görüntüləri Çinin qitələrarası raketlər üçün 300 yeni buraxılış şaxtasını tikdiyini göstərir. Çinin Yumen bölgəsində tihəyata keçirdiyi bu proqram sayəsində sərəncamında 600 nüvə raketi olacaq. Bu, ABŞ və Rusiyanın sahib olduğu strateji raketlərin sayına bərabərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR