Onlayn ictimai-siyasi qəzet
KTMT-dən çıxmaq imkanını heç kim istisna etmir və cəmiyyətimiz bundan danışır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
“İctimaiyyət bizə bu tələbi daim irəli sürür. Hətta jurnalistlər də daim soruşurlar”, - deyə Simonyan qeyd edib.
"Bu, Rusiya ilə əlavə problemlər yarada bilərmi" sualına parlamentin spikeri belə cavab verib: “Düzünü desəm, bu hansı problemlər yaradacaq bilmirəm: bizə hücummu edəcəklər, sanksiyalarmı tətbiq edəcəklər? Bizim bir müdafiəyə ehtiyacımız var idi, lakin sonra məlum oldu ki, müttəfiqimiz bizə kömək etmir. Söhbət həm Dağlıq Qarabağdan (Qarabağ-red.), həm də Ermənistanın ərazisindən gedir”, - deyə o bildirib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ