İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığınacaqların təhlükəsizliyi ilə bağlı mühüm addım

Bakı Şəhər Baş Polis İdarəsində qadın, uşaq hüquqları və onların mühafizəsi, müraciətlərin çevik həlli ilə bağlı bir qrup QHT rəhbəri ilə işgüzar görüş keçirilib. 
 
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıya çıxan problemlər təhlil edilib, təkliflər və sığınacaqların mühafizəsi müzakirə edilib. Görüşdə risk daşıyan şəxslərin, münaqişəli ailələrin profilaktikası ilə bağlı fasiləsiz informasiya mübadiləsinin təmin edilməsi qərara alınıb. 
 
İctimai faydalı görüşdə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Elnur Kərimov, idarənin rəis müavini, bölmə rəisi və inspektorlar iştirak edib.

Oxu.az - Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət  zorakılığı qurbanı müraciət edib” – MÜSAHİBƏ

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Musavat.com-a açıqlamasında  bildirib ki, son zamanlar bu məsələlər çox müzakirə olunurdu: "Təklifimizi nəzərə alaraq, bizi dəvət etmişdilər. Görüşə 3 sığınacaq rəhbərini dəvət etdilər: “Ümid yeri”, “Azərbaycan Uşaqları" İctimai Birliyi” və mən.  Müzakirələrdən razı qaldıq. Sığınacaqların nömrələrinin polis idarələrinin növbətçi hissələrində olması, məxfilik, təhlükəsizlik, çevik reaksiya üçün “whatsapp” qrupunun yaradılması və s. məsələləri müzakirə etdik. Səsləndirdiyimiz təkliflərin hər biri qəbul olundu. Əlavə olaraq, QHT-in sahə müvəkkilləri və post patrullar arasında məlumatlandırma kampaniyasının keçirilməsini razılaşdırdıq”.
M.Zeynalova sığınacaqların təhlükəsizlik məsələsi ilə bağlı yeni qərar qəbul edildiyini qeyd etdi: “Mühafizə idarəsi özü-özünü maliyyələşdirən qurum olduğu üçün ödəniş etmək lazımdır. QHT-in isə belə imkanı yoxdur. Sığınacaqların saxlanması üçün maliyyə ayrılarsa, mühafizə idarəsi ilə müqavilə bağlayıb sığınacaqların təhlükəsizliyini təmin etmək olar. İndiki durumda imkanlar maksimum dəyərləndirilib. Bundan sonra post patrul maşınları sığınacaqların ərazisindən keçəcək. Bir sözlə, effektiv görüş oldu”.

O, bir yox, bir neçə dəfə… - Kəmalə Ağazadə hamilə qalan 11 yaşlı qızla  bağlı danışdı - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

"Azərbaycan Uşaqlar Birliyi" nin sədri Kəmalə Ağazadə Musavat.com-a bildirdi ki, uşaq inspektorları sahə müvəkkilərinə birgə təlimlərin keçirilməsi,zorakılığa məruz qalanlarla davranış qaydaları,çevik reaksiyaların verilməsi ilə bağlı müzakirə aparıldı: "Bu gün eyni zamanda Binəqədi Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin müdiri və ərazi üzrə inspektoru ilə görüşdük. İlk növbədə dislokasiyanın yaradılması, sığınacağın təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə olundu. Yaxın zamanda siqnalizasiyanın quraşdırılması məsələsi həll olunacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR