İnsanlara hürriyət, millətlərə istiqlal!

Sianda Çin-Mərkəzi Asiya zirvə görüşü keçiriləcək

Çinin Sian şəhərində mayın 18-19-da Çin və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Çin lideri Si Cinpinin sədrlik edəcəyi görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcəklər. Bu, Çin-Mərkəzi Asiya formatında dövlət başçılarının ilk zirvə görüşü olacaq.

Xatırladaq ki, ötən ay Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin görüşü olub.

Ötən il Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 faiz artaraq, 70 milyard ABŞ dollarını təşkil edib. Çin hazırda Özbəkistanın, Qırğız Respublikasının və Türkmənistanın ən iri, Qazaxıstanın 2-ci, Tacikistanın isə 3-cü ən iri ticarət tərəfdaşıdır.

@@TVmusavat/60893@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR