Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vüqar Bayramov bildirib ki, Ermənistan işğal altında saxladığı torpaqlarda törətdiyi terrorla ölkəmizə yüz milyard dollar ziyan vurub.
Musavat.com xəbər verir ki, “Azərbaycan isə son 3 ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollar ayırıb. Ermənistan dağıdır, Azərbaycan bərpa edir, fərq budur”, - deputat deyib.
O əlavə edib ki, Ermənistanın tamamən dağıtdığı ərazilərə baxıb Azərbaycanın suveren hüququ dəstəklənməli idi:
“Lakin bir sıra ölkələr qərəzli davranışlar, addımlar sərgiləməyə davam edir. SSRİ hakimiyyəti zamanı Ermənistanda 170 mindən çox azərbaycanlı yaşayırdı. 1989-cu ildə isə Ermənistan statistikasında göstərilir ki, bu ərazilərdə bir azərbaycanlı belə yaşamır. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 30 il müddətində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Lakin bütün bunlara rəğmən, ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Amma bu addımların heç bir nəticəsi olmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha da güclənəcək”.
Vüqar Bayramov bildirib ki, bir sıra ölkələrin qərəzli qətnamə və müraciətlərindən həvəsə gələn ölkədaxili siyasi marjinal qruplar sevinməsinlər:
“Azərbaycan güclüdür və cənab Prezidentin rəhbərliyi bütün qərəzli xarici təhdidlərə cavab vermək gücündədir”.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ