İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevinc Telmanqızı TV Müsavat layihəsinə baş redaktor təyin olundu

Tanınmış jurnalist, teleaparıcı Sevinc Telmanqızı TV Müsavat layihəsinə baş redaktor təyin edilib.

Musavat.com xəbər verir ki, "Yeni Müsavat" Media Qrupunun rəhbərinin qərarı ilə  TV Müsavat izləyicilərinin qarşısına yeniliklərlə çıxacaq.

Layihənin böyüdülməsi, sistemləşdirilməsi istiqamətində qərarlar qəbul edilib. Yeniliklərlə yaxın zamanda TV Müsavat kanalı vasitəsilə tanış ola bilərsiniz. 

Qeyd edək ki, TV Müsavat internet televiziyası 2017-ci ildən fəaliyyət göstərir. Youtube kanalında gün ərzində 6 canlı yayın, gündəmə uyğun xəbərlər, reportajlar, sorğular verilir. Yaranandan indiyədək kanalda 6 min 300-dən çox video yayımlanıb. Kanalın abunələrinin sayı isə 240 mindən yuxarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR