İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı ABŞ-ı hədələyir - "Pozuluşarıq"

Amerika Birləşmiş Ştatlarında çıxan “The Washington Post” qəzeti prezident Cozef Baydenin neftlə bağlı sözlərindən sonra Səudiyyə Ərəbistanı nümayəndələrinin ABŞ-ı Ər-Riyad və Vaşinqton arasında münasibətləri dəyişdirməklə hədələdiyini yazıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bayden ötən ilin payızında bildirib ki, Səudiyyə Ərəbistanı yüksək enerji qiymətləri və Amerikada qarşıdan gələn prezident seçkiləri fonunda neft hasilatını azaltmaq qərarının “nəticələrini” gözləyir.

"WP" məxfi sənədə istinad edərək, vəliəhd şahzadə Məhəmməd bin Salmanın neft hasilatını azaltmaq üçün addım atacağı təqdirdə ABŞ-Səudiyyə münasibətlərini dəyişdirəcəyi və ABŞ-a ağır iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədələdiyini açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR