İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur

Gündə bir alma yeyən həkimə getməz deyiblər. Amma bu deyimin nə qədər doğru olduğu sual altındadır.

Flavanol kimi fitokimyəvi maddələrlə zəngin olduğu bilinən almanın sağlam çəki saxlamaq və ürək xəstəlikləri riskini azaltmaq kimi faydaları var.

Alma qabığına qırmızı rəng verən antosiyanin kimi polifenolların ürək sağlamlığı üçün faydalı olduğu da məlumdur.

Bundan əlavə, almada olan başqa bir polifenol olan phloridzin qan şəkərinin səviyyəsini idarə etməyə kömək edən birləşmələrdən biridir.

Çox zəngin lif mənbəyi olan alma xolesterol səviyyəsini aşağı salmağa kömək edir. Aşağı xolesterin ürək xəstəliyi riskini azaldaraq ürək sağlamlığını qoruyur.
2017-ci ildə 5 ayrı araşdırmanı qiymətləndirən araşdırmaya görə, alma yemək 2-ci tip diabet riskini 18% azalda bilər.

18 ayrı araşdırmanın 2022-ci ildəki təhlili göstərir ki, bir həftədən çox müddət ərzində daha çox alma və ya alma tərkibli qidaların istehlakı xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

Bir sıra araşdırmalara görə isə alma yemək bəzi xərçəng növlərinin inkişaf riskini azalda bilər.
Tədqiqatçılar almanın bütün meyvələr arasında ikinci ən yüksək antioksidant gücə malik olduğunu bildirir.

2015-ci ildə aparılan 9000 insan gündəlik qida qəbuluna dair anket sorğusunda alma yeyənlərin qəbul etməyənlərə nisbətən daha az həkimə getdiyi müəyyən edilib. Araşdırmanın aparıcı tədqiqatçısı və Nyu-Hempşirdəki “Dartmouth Geisel” Tibb Məktəbinin epidemiologiya üzrə dosenti Metyu Devis deyir ki, alma yeyən insanlar ümumiyyətlə sağlamdır. Dosentin sözlərinə görə, təkcə alma yemək insanı həkimdən uzaq etməsə də, sağlamlığı yaxşılaşdırma potensialı var./News24

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR