İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli yeni maşını ilə Laçında - FOTO

Köhnə "VAZ-2107"si ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən, milyonların könlündə taxt quran Sərvər Bəşirli Laçındadır.

Musavat.com xəbər verir ki, o bu dəfə əfsanə "Jiquli"si ilə deyil, Türkiyənin tanınmış iş adamı, MHP üzvü Sebahattin Civelekin ona bağışladığı "Toyota Corolla" markalı maşınla görüntülənib.

Xatırladaq ki, xeyriyyəçi iş adamı, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Sebahattin Civelek Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə köhnə maşını ilə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə etmişdi.
Sərvər Bəşirli Laçın rayonunun Minkənd kəndindəndir. Erməni işğalı nətisində körpə yaşlarından ailəsi ilə birlikdə qaçqın düşmüşdü. 31 il sonra o, nəhayət doğma rayonuna və kəndinə qayıda bilib.

Sərvərin öz kəndindən paylaşdığı fotonu təqdim edirik. Fotodan da göründüyü avtomobilin arxa şüşəsində Azərbaycan və Türkiyə bayraqları əks olunub.

Musavat.com

WhatsApp Image 2023-08-10 at 16.03.29 (1).jpeg (159 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR