İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin təyyarəsi hava limanında aşdı: 8 nəfər yaralandı - GÖRÜNTÜLƏR

Kanadanın Toronto şəhərində yerləşən hava limanında Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi aşaraq qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, təyyarə ABŞ-ın Minneapolis şəhərindən Kanadaya uçuş həyata keçirirdi.

Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur. Lakin sosial mediada yayılan foto və videolarda təyyarənin tamamilə aşdığı görünür.

CTV News-un məlumatına görə, qəza nəticəsində 8 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə dəqiq məlumat verilməsə də, təcili tibbi yardım xidmətləri hadisə yerində çalışır.

Hazırda qəzanın səbəbləri araşdırılır, hava limanında fövqəladə vəziyyət elan edilib və xilasedicilər hadisə yerində iş aparır.

Foto və video mənbələri: MeidasTouch, Kellie Meyer (X), ctvnews.ca

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR