İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa rus qazının ən böyük alıcısı oldu

2025-ci ilin avqust ayında Fransa Rusiyadan Avropa İttifaqı ölkələri arasında ən çox qaz alıcı ölkəyə çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.

Məlumata görə, avqust ayı ərzində Fransa şirkətləri Rusiyadan qaz idxalına 251 milyon avro xərcləyib ki, bu da cari ilin mart ayından bəri maksimum göstəricidir.

Bu nəticə Fransaya Avropa İttifaqında əsas rus qazı idxalçısı statusunu geri qazandırıb.

Ümumilikdə avqust ayında Rusiya Avropa İttifaqına 959 milyon avro dəyərində qaz tədarük edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR