İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə vəziyyət dəyişdi, MN xəbərdarlıq etdi - KRİTİK GƏLİŞMƏ

Son günlər Azərbaycan-Ermənistan sərhədində artan gərginlik bölgədə ciddi narahatlığa səbəb olub. Xüsusilə, Ermənistanın dünən Tovuz bölgəsində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuş, münaqişə zonasındakı vəziyyətin daha da pisləşə biləcəyinə dair şübhələr doğurur. Bu hadisə bölgədəki siyasi və hərbi atmosferi daha da artırır.

Gərginliyin artması və kəşfiyyat uçuşları münaqişənin daha geniş miqyaslı bir müharibəyə dönüşə biləcəyinə dair narahatlıqları artırır. Hər iki ölkənin hərbi liderləri və siyasi analitiklər sərhəd bölgəsindəki vəziyyəti yaxından izləyir və vəziyyəti gərginləşdirməmək üçün mümkün bütün addımları atmağa çalışır.

Əlavə olaraq, İranın Ermənistanla bağladığı yeni müqavilə bölgədəki gərginliyi daha da artırır. İran Ermənistana 500 milyon dollar dəyərində silah satışına başlayıb. Bu silah müqaviləsi Ermənistanın hərbi potensialını artırmağa yönəlmiş bir addım olaraq qiymətləndirilir və bölgədəki hərbi balansı dəyişdirə bilər.

Bəs maraqlıdır, Ermənistan yeni bir münaqişəyə hazırlaşır?

Məsələ ilə bağlı danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov News24.az-a bildirib ki, Azərbaycan Ermənistanın atacağı hər bir addıma adekvat cavab verəcək:

“Əslində münaqişənin mənbəyinə baxsaq görəcəyik ki, bunun əsasında Ermənistanın bir dövlət olaraq Azərbaycana qarşı ərazi iddialarıdır. Sovetlər dağıldıqdan sonra Ermənistan açıq şəkildə işğalçı siyasətinə əl atıb və bildiyimiz hadisələr baş verib. Azərbaycan müdafiə olunaraq bu işğalı və onun əsas qalıqlarını aradan götürüb. İndi gözləyirik ki, Ermənistan rəsmən olaraq işğalçı siyasətdən imtina etsin. Rəsmən dedikdə biz başa düşürük ki, söhbət normativ-hüquqi sənədlərdən gedir”.

Sabiq nazir qeyd edib ki, Ermənistanın siyasətinin əsas xətti Azərbaycana qarşı ərazi iddialarıdır, bu düşüncə milli və dövlətçilik ideaları kimi qalmaqdadır. Onun sözlərinə görə, Ermənistan hazırda sadəcə vaxt qazanmaq və vəziyyəti öz xeyrinə dəyişmək istəyir:

“Onlar guya geopolitik vəziyyəti dəyişib, güc balansını yenidən qurmaq istəyir. Müxtəlif mənbələrdən silah tədarük edilməsi və Tovuz bölgəsində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuş münaqişə zonasındakı vəziyyətin daha da aktivləşdirilməsindən xəbər verir. Təbii olaraq Azərbaycan boş və ikili bəyanatlara inanmır. Müdafiə Nazirliyinin dünənki xəbərdarlıq ciddi bir məsələdir”.

Tofiq Zülfüqarov əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyinə xələl gətirən bir amil ortaya çıxarsa, bu, müharibənin başlamasına səbəb ola bilər. Bu cür amillər arasında sərhəd bölgəsindəki hərbi qarşıdurmalar, strateji obyektlərin zədələnməsi və ya Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı bir ciddi təhdid müharibə riskini artırar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR