İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan sərhədində QALMAQAL: Erməni yük maşınları saxlanılır, sənədlər müsadirə olunur

Rusiya gömrüyünü keçdikdən sonra bir neçə gündür müxtəlif şirkətlərə məxsus onlarla erməni yük maşını Gürcüstana daxil ola bilmir.

Musavat.com xəbər verir ki, Gürcü tərəfi yük maşınlarının buraxılması üçün şirkət sahiblərinin şəxsən iştirakı şərtini qoyub.

Bu proses zamanı isə daşımalara aid sənədlər müsadirə edilir.

Sürücülər və şirkət nümayəndələri rəsmi izahat verilmədən saxlanılır, yük maşınlarının niyə ölkəyə buraxılmadığı barədə məlumat açıqlanmır.

Hazırda sərhədin neytral zonasına təxminən 50 erməni yük maşınının toplaşdığı bildirilir. Məlumatlara əsasən, yaranan gecikmələr yalnız erməni daşıyıcılarına aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR