Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Xaq artisti Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Xalq artisti Afaq Bəşirqızı sevincini Musavat.com-la bölüşərək deyib:
“Çox həyəcanlıyam. Hər bir insan həyatda sevincli anlar gözləyir. Mənim incəsənətdə 53 illik zəhmətim var və bu illər ərzində Azərbaycan mədəniyyətinə xidmət etmişəm. Açığı, içimdə bir hiss vardı ki, nəsə baş verəcək. Amma bu gün məni ən çox sevindirən cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın mənə göstərdiyi diqqət və qayğıdır. Zəhmətimin qiymətləndirildiyi üçün təşəkkür edirəm. Xalqın mənə olan sevgisinin onların tərəfindən də təsdiqlənməsi mənim üçün böyük xoşbəxtlikdir.
Çox sevinirəm, həddindən artıq sevinirəm və bu sevincimi bütün sənət adamları ilə bölüşürəm. Deyirəm ki, Allahın izni ilə, gün o gün olsun, onlar da fəxri adlara layiq görülsünlər.”
Xalidə Gəray
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ