Onlayn ictimai-siyasi qəzet
ABŞ Gömrük və Sərhəd Mühafizəsi (ICE) öz qüvvələrini İllinoys ştatının Çikaqo şəhərinə yeridib. Musavat.com xəbər verir ki, məlumatı ABC7 yayıb.
Bildirilir ki, artıq ICE əməkdaşları da ilk həbsləri həyata keçirməyə başlayıblar. Həbs prosesini əks etdirən videokadrlar sosial şəbəkələrdə yayılmağa başlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Milli Qvardiya qoşunlarının Çikaqoya yerləşdiriləcəyini açıqlasa da, bunun dəqiq nə vaxt baş verəcəyini deməmişdi. O, dəfələrlə İllinoys qubernatorunu ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilmədiyi üçün tənqid edib. Amerika liderinin sözlərinə görə, Çikaqo dəhşətli cinayət nisbətinə görə “cəhənnəm dəliyinə” çevrilib. Sentyabrın 6-da Amerika lideri Truth Social-da səmada uçan yanğınlar və helikopterlər qarşısında süni intellektlə yaradılmış fotosunu yerləşdirib. Şəkilin altında belə bir yazı var idi: "Mən səhərlər deportasiyaların qoxusunu sevirəm. Çikaqo niyə Pentaqonun indi Müharibə Nazirliyini adlandırıldığını öyrənəcək."
İllinoys ştatının qubernatoru C.Robert Pritzker isə Trampı buna görə qorxaq adlandırmışdı: "ABŞ prezidenti Amerika şəhərini müharibə ilə hədələyir. Bu, zarafat deyil. Bu, normal deyil. Donald Tramp güclü lider deyil, o, qorxaq adamdır. İllinoys ştatı özünü diktator hesab edən adamdan qorxmayacaq".
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ