Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdəki paylaşımları və şəxsi həyatı ilə tez-tez gündəmə gələn müğənni Serdar Ortaç ötən axşam Mehmet Ali Erbil ilə görüşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Ortaç var-dövlətini kimə buraxacağını bildirib.
"15 milyon TL borcumu ödədim, şükür, sıfırlandı. İndi özüm üçün çalışmaq vaxtıdır. İnşallah bu dəfə pulu saxlayacam" sözləri ilə gündəmə gələn Serdar Ortaç ölümündən sonra mülkünü işçilərinə buraxacağına dair iddiasını təzələyib.
Yer alan xəbərə görə, müğənni "Ailəm, uşağım yoxdur. Ona görə də işçilərə verəcəm. Artıq ev var. Paylaşacaqlar" deyib.
Vəsiyyətini soruşduqda isə Serdar Ortaç "Mən yazdım, verdim. Onlar öhdəsindən gələcəklər.." deyə cavab verib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ