İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN-ə çağırılan Rəhman Mustafayev bir saata yaxın görüş keçirib - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Diplomat jurnalistlərə şərh vermədən binaya daxil olub.

Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev bir saata yaxın nazirliyin binasında qalıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl bildirib ki, R. Mustafayev Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı çağırılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR