İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ondan sonra həyatımda mahiyyəti olan heç nə qalmadı” - FOTO

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə anası ilə bağlı paylaşım edib.

Sənətçi mərhum valideyninin fotosunu bölüşərək bu sözləri yazıb:

“Bu, mənim anamdır – Pakizə Tağı qızı. Məşhur Məşədi Hüseynin nəvəsi. Bu gün onun doğum günüdür. Hər 1 iyul qeyd edirik. Hərçənd… artıq 10 ildən artıqdır ki, dünyasını dəyişib. Bizi tərk edən gündən… qoxusunu da özü ilə aparıb. Gözəl qoxulu anam. Böyük mənada hər şeyi özü ilə apardı. Ondan sonra həyatımda böyük mahiyyəti olan heç nə qalmadı. Dəyər, sevgi, sevinc, həyat eşqi, mübarizə… hər şey mənasını itirdi.

Ən çətin zamanımda yuxularımda mənə gəlir, yenə güc verib gedir. ANA – çox… dəyər və qiymətini tam verə bilmədiyimiz varlıqdır. Allahın lütfidir.

Həyatınızda olan ananızı doyunca sevin! Onu bezdirəcək qədər sevin. Sonra… əliniz, duyğunuz, səsiniz yetməyəcək.

Bütün bizim dünyamızı tərk edən analara rəhmət olsun…”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR