Onlayn ictimai-siyasi qəzet
Bir qrup kimya müəllimi Elm və Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirir.
Musavat.com-a daxil olan məlumata görə, müəllimlər 24 iyunda keçirilən sertifikasiya imtahanın nəticələrindən şikayətçidirlər.
Onlar bildirirlər ki, imtahana sınaq sualları əsasında hazırlaşmışdılar, həmçinin, müəllimlərə sualların proqrama uyğun tərtib olunduğu deyilib. Müəllimlər iyunun 24-də keçirilən imtahanda sualların həddən artıq riyaziləşdirildiyini, çətinləşdirildiyini iddia edirlər. Kimya müəllimləri araşdırma aparılmasını, imtahanın yenidən, ədalətli şəkildə təşkil edilməsini tələb edirlər.
Nigar HƏSƏNLİ,
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ