Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl səhhətində problem yaşayan Xalq artisti Fatma Mahmudova "Rəngarəng" verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, o, müalicə xərclərini qarşılamaq üçün bahalı avtomobilini satdığını etiraf edib.
"Səhhətimə görə maşınmı da satmışam. Həyatdakı hər şey insanın canına qurban olsun. Niyə hər dəqiqə kimdənsə pul istəməliyəm. Kömək etmək istəyən artıq elədi. Çoxları deyir ki, bunun nəyinə Xalq artisti adı veriblər. İndi hər şeyimi itirib gəlmişəm. Nə qədər deyəcəksiniz? Nə istəyirsiniz məndən? Nə vermisiniz ki, ala bilmirsiniz? Kaş heç işləməyəydim. Bilsəydim ki, bu qədər əziyyət çəkəcəyəm, sənətə gəlməzdim"-, deyə bildirib.
Qeyd edək ki, Fatma Mahmudova bir müddət əvvəl insult keçirmişdi. O evdə yıxılaraq qolunu sındırmışdı.
Könül
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ