İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada vağzal uçdu: 13 ölü

Serbiyanın Novi-Sad şəhərində baş verən faciədə, vağzal binasının üstünün uçması nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, ölkənin daxili işlər naziri İvitsa Daçiç bu barədə məlumat verib.

Daçiç bildirib ki, əvvəlcə səkkiz qurban olduğu müəyyən edilsə də, dağıntılar altında daha beş nəfərin olduğu təxmin edilirdi. Bu şəxslərin sağ və ya ölü olduğunu müəyyən etmək mümkün deyildi. Nazir, xilasetmə əməliyyatlarında iştirak edən hər kəsə təşəkkür edib və qurbanların identifikasiya prosesinin davam etdiyini bildirib. O, beton konstruksiyaların qaldırılmasının zəruri olduğunu və bunun ağır bir mənzərə yaratdığını qeyd edib.

Serbiya hökuməti, faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, 2 noyabrı milli matəm günü elan edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR