İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar HƏRƏKƏTƏ KEÇDİ - Xankəndidə narahatlıq

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni separatçılarının başçısı Araik Arutyunyan "parlament" qüvvələrinin iştirakı ilə aprelin 13-də təcili iclas keçirib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, görüş Qarabağda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin xahişi ilə keçirilib.

“Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 13-də Ermənistan Milli Assambleyasında Qarabağın statusunun aşağı salınması ilə bağlı bəyanatı ciddi narahatlıqlara səbəb olub”, - deyə, məlumatda ​​deyilir.

“Bizim cəmiyyətimiz çox aydın tələblər irəli sürür, biz onları maraqlı və hərtərəfli müzakirələr təşkil etməklə yerinə yetirməliyik”, - deyə Qarabağ separatçılarının başçısı bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR